Qadın voleybolçular arasında Rusiya birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Kristina Besmanın formasını geyindiyi "Tulitsa" 9-cu çərçivəsində "Zareçye"ni qəbul edib.

Görüş kifayət qədər gərgin keçib. Qarşılaşmaya yaxşı başlamayan toppaylayıcımızın komandası ilk iki setdə məğlub olaraq 0:2 hesabı ilə geri düşüb. Lakin bundan sonra təşəbbüsü ələ alan Kristina və rəfiqələri növbəti iki hissədə qalib gəlməklə ümumi hesabı bərabərləşdiriblər. Tay-brekdə isə meydan sahibləri daha dəqiq oynayıblar. 5 set davam edən matçda oyunqurucumuzun komandası 3:2 (25:27, 27:29, 31:29, 25:18, 15:11) hesablı qələbəni bayram edib.

Tula təmsilçisinin möhtəşəm geridönüş edərək qələbə qazandığı görüşdə yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Besman meydanda olduöu müddətdə xal qazanmayıb.