Yığmamızın Özbəkistanla matçının başlama saatı dəyişdirildi
- 14:00
- 28
Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarında Özbəkistanla matçının başlama saatı dəyişdirilib.
Bu barədə Rekord.az-a Həndbol Federasiyasının mətbuat xidmətindən bildirilib.
"Green Hall" Olimpiya Kompleksində təşkil olunacaq görüş əvvəldən nəzərdə tutulduğu kimi bu gün Bakı vaxtı ilə saat 17:00-da deyil, 15:00-da start götürəcək.
Qeyd edək ki, milli B qrupunda Qazaxıstan və Özbəkistan komandaları ilə mübarizə aparacaq.