ABŞ-ın birinci liqasında – USL çempionatında 12-ci turun rəmzi komandası məlum olub.

Rekord.az xəbər verir ki, “Finiks Rayzinq” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov da həftənin rəmzi komandasına seçilib. O, son turun ən yaxşı hücumçularından olub.

Dadaşov, 12-ci turda “Las Veqas Layt”la qarşılaşdıqları oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 10 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 26 xal toplayan “Finiks Rayzinq” isə B qrupunun birincisidir.