Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi sabah Avropa çempionatında növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir, C qrupunda yer alan komandamız 4-cü turda Yunanıstanla üz-üzə gələcək.

Növbəti mərhələyə adlamaq baxımından çox önəmli olan bu görüşdə voleybolçularımızın şansı yüksək qiymətləndirilir. Lakin rəqib üçün də mühüm olan bu görüş kifayət qədər gərgin olacağı da gözləniləndir. 

Komandamız hazırda bir qələbə və iki məğlubiyyətlə qrupda 3-cü yerdədir. Sabah qalib gələcəyi təqdirdə ən azı dördüncü yeri təmin və növbəti mərhələni təmin edəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 22-də Bakı vaxtı ilə saat 19:00-sa start götürəcək.

 

Avropa çempionatı

22 avqust

C qrupu

   19:00 Azərbaycan - Yunanıstan