Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. "Rekord.az" xəbər verir ki, hazırda Bakıda təlim-məşq toplanışı keçən komandamız Belarus millisi ilə yoxlama oyunu keçirib. 

Bu gün baş tutan görüşdə yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Görüşdən sonra oynanılan əlavə set də vileybolçularımızım üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz Belarusla daha iki yoxlama matçı keçirəcək.