Yığmamız Bakıda təlim-məşq toplanışına başladı - VİDEO
- 13 Dek 2019 20:00
- 1025
Sərbəst güləş Azərbaycan yığması növbəti təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, həftənin ilk günlərindən Olimpiya Güləş Mərkəzində hazırlığa başlayan millimizin məşqlərində geniş heyət iştirak edir.
Zədəli güləşçilər istisna olmaqla, komanda tam tərkibdə toplanışı davam etdirir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanış dekabrın 25-dək davam edəcək. Toplanışa sınaqçı-rəqib kimi Rusiyadan bir neçə güləşçi də qatılıb.
Qeyd edək ki, növbəti təlim-məşq toplanışı Türkiyədə keçiriləcək.