Yığmamız Bakıda keçirilən DÇ-nin qalibi oldu
- 13:20
- 56
Azərbaycanın qol güləşi yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub.
Rekord.az xəbər verir ki, kollektiv turnirdə 84 medal qazanıb.
150-yə yaxın idmançı ilə mundiala qatılan Azərbaycan komandasının qazandığı medallardan 25-nin əyarı qızıl, 32-si gümüş, 27-si isə bürünc olub. Azərbaycan komanda hesabında birinci yeri tutub.
Qeyd edək ki, dünya çempionatında 30 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.