
Yevlax stadionu ilə bağlı PFL-ə raport verildi
- 13:00
- 154
"CBC Sport" bu yaxınlarda Yevlax stadionunda olub.
Bu haqda Rekord.az-a sözügedən saytın direktor müavini Şəmsəddin Abbasov məlumat verib.
Onun sözlərinə görə, Premyer Liqaya vəsiqə qazanan komandanın ev oyunlarını keçirdiyi stadiona baxış keçirməkdə məqsəd onun liqaya hazır olub-olmadığını yoxlamaq idi: "Yevlax stadionunda olduq, çəkilişlə bağlı şəraitə baxdıq və səfərlə bağlı raportumuzu yazıb PFL-ə təqdim etdik. Bundan sonrası ilə bağlı lazım olan məlumatları bu qurumdan öyrənsəniz yaxşı olar".