“Yenidən Premyer Liqaya qayıda bilərik” - Füzuli Məmmədov
- 20:20
- 40
“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 31-ci turunun “Turan Tovuz”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Oyun gözlədiyimiz kimi gərgin keçdi. Hər iki komanda meydanda əməlli-başlı döyüşkən futbol sərgiləyirdi. Rəqibi də tam təhlil etmişdik. Futbolçularımızı oyuna qələbə üçün kökləmişdik. Onlar bunu etmək üçün çox mübarizə apardı. Bir qol oyunun taleyini həll etdi. Oyunun gedişatında sistem dəyişiklik edib, hesabı bərabərləşdirib, sonra da qələbə üçün əvəzetmələr etdik. Amma "Turan Tovuz"un müdafiə xətti çox yaxşıdır. Çalışdıq ki, rəqib səhv etsin. Bir qol epizodumuz oldu, onu da reallaşdıra bilmədik. Uduzduq. Artıq söz deyə bilmirəm. Hər futbolçuya təşəkkür edirəm. "Turan Tovuz"u təbrik edirəm, avrokuboklarda onlara uğurlar arzulayıram.
İnfrastruktur baxımından növbəti mövsümün sonunda Premyer Liqaya qayıtmaq üçün hər bir şəraitimiz var. Komandanın heyətində də potensiallı futbolçular var. Premyer Liqaya yenidən geri qayıtmaq istəyiriksə, yaxşı komanda qurmalıyıq. Bunun üçün çempionat bitdikdən sonra rəhbərliklə danışığımız olacaq. Yaxşı komanda qurub yenidən Premyer Liqaya geri qayıda bilərik”.