"Kəpəz"in yeni transferi Juninyo Maranhensenin meydançaya çıxa bilməməsinin səbəbi məlum olub.

Rekord.az xəbər verir ki, futbolçu ilə rəsmi müqavilə bağlansa da, həmin müqavilə notariusda təsdiqlənməyib.

Problemin konkret nədən ibarət olduğu rəsmi şəkildə açıqlanmır. Amma görünən budur ki, futbolçu yalnız qışdan sonra "Kəpəz"ə kömək edə biləcək.