
Yaşar Vahabzadə "Kəpəz"in hazırlığını dəyərləndirdi
- 09 İyl 2022 18:00
- 520
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" hazırlıqlarını Bakıda davam etdirəcək.
Rekord.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadə hazırlıqla bağlı "CBC Sport"a açıqlama verib.
Vahabzadə komandadakı əhval-ruhiyyənin normal olduğunu söyləyib:
"Komandadakı əhval-ruhiyyə pis deyil, yaxşıdı. Hazırlığımız normal qaydada davam edir. Sağolsunlar, bizə yaxşı şərait yaradıblar. Hazırlığın ilk mərhələsini Gəncədə keçdik. Orada 10 günlük hazırlıq dönəmi oldu. İndi isə hazırlığın ikinci mərhələsidi. Bakıda yoxlama görüşləri olacaq. Baxışda olan futbolçular var. İstəyirik ki, onları sınaqdan keçirək".