Basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, saat 18:00-da "Ordu" klubu "Sabah"la qarşılaşacaq.


Yarımfinalın ikinci matçı isə "Gəncə" və "Şəki" arasında keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.


Hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.


Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək. Bu görüş saat 17:00-da başlayacaq.