
Yalnız dörd komanda – “100”ü keçənlər
- 11:01
- 41
2024/25 mövsümündə II Liqanın oyunlarını 31 min 930 tamaşaçı izləyib.
Rekord.az xəbər verir ki, baş tutan 178 oyunda orta göstərici 179-a bərabər olub.
Tamaşaçı sayında “Hypers Guba” hamını qabaqlayıb. Bu göstəricidə “Şəfa” ikinci, “Şəmkir” üçüncüdür. Yalnız dörd iştirakçıda orta tamaşaçı sayı 100-dən yüksəkdir. Bu üç komandadan başqa yalnız “Sheki City”nin orta göstəricisi üç rəqəmlə ifadə olunub. Şəki təmsilçisi bir qarşılaşmanı tamaşaçısız keçirib.
Mövsümün rekordu 24-cü turun “Şəfa” – “Şahdağ Qusar” matçında qeydə alınıb – 4500 izləyici. 8-ci turun “Hypers Guba” – “Şahdağ Qusar” oyununda 2000, 25-ci turun “Hypers Guba” – “Şimal” görüşündə 1500 tamaşaçı olub.
Nəticələri ləğv olunan 1-ci turun “Hypers Guba” – “Saatlı-Araz” (1200 tamaşaçı) və “Sheki City” – “Şəmkir” (500 tamaşaçı), 11-ci turun “Dinamo” – “Hypers Guba” (10 tamaşaçı) oyunları, həmçinin tamaşaçısız keçirilən 21-ci turun “Sheki City” – “Qusar” görüşləri cədvəldə nəzərə alınıb. Dörd qarşılaşma – 7-ci turun “Şəfa” – “Lerik”, 13-cü turun “Qusar” – “Şahdağ Qusar”, 14-cü turun “Şahdağ Qusar” – “Kür-Araz” və “Ağdaş” – “Şimal” görüşləri baş tutmadığı üçün cədvəldə əksini tapmayıb.
komanda | tamaşaçı | oyun | orta | |
1 | Hypers Guba | 7680 | 13 | 591 |
2 | Şəfa | 6640 | 12 | 553 |
3 | Şəmkir | 6270 | 13 | 482 |
4 | Sheki City | 2870 | 13 | 221 |
5 | Ağdaş | 1180 | 12 | 98 |
6 | Şimal | 1135 | 13 | 87 |
7 | Araz Saatlı | 1120 | 13 | 86 |
8 | Şahdağ Qusar | 935 | 12 | 78 |
9-10 | Dinamo | 950 | 13 | 73 |
9-10 | Lerik | 950 | 13 | 73 |
11 | Kür-Araz | 800 | 13 | 62 |
12 | Füzuli | 570 | 13 | 44 |
13-14 | Qusar | 400 | 12 | 33 |
13-14 | Göygöl | 430 | 13 | 33 |
Cəmi | 31930 | 174 | 184 |