XXI əsrdə DÇ-də başla qol vuran ən bəstəboy futbolçu oldu
- 16:40
- 27
Özbəkistan millisinin üzvü Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatında başla qol vuran ən bəstəboy futbolçu olub.
Rekord.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bunu DÇ-2026-nın K qrupunun I turunda baş tutan Kolumbiya ilə oyunda bacarıb.
Türkiyənin "Başakşəhər" klubuna məxsus olan oyunçunun boyu 167 sm-dir.
Əvvəlki rekord 2022-ci ildə baş tutan mundialda Qanaya qol vuran uruqvaylı Corcian de Arraskaetaya (173 sm) məxsus olub.
Xatırladaq ki, Özbəkistan millisi Kolumbiyaya 1:3 hesabı ilə uduzub. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.