Pyer Saj "Kristal Pelas" klubuna yeni baş məşqçi təyin olunub.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Fransalı mütəxəssislə müddəti daha bir mövsüm uzadılmaq şərtilə iki illik, 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.


Xatırladaq ki, Pyer Saj daha əvvəl Fransanın "Lans" klubunu çalışdırıb. Sözügedən komanda 2025/2026 mövsümündə Liqa 1-də ikinci pillədə qərarlaşıb.