Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 15-ci turunda növbəti oyun gününün ilk qarşılaşması baş tutub.

Rekord.az xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan "NTD-İndiqo" son zamanlar yüksəlişdə olan "Sərhədçi" klubu ilə üz-üzə gəlib və 84:74 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular "NTD-İndiqo"da Qriffin Remmi (22 xal, 11 asist), "Sərhədçi"də isə Tarık Vudi olub (23 xal, 11 ribaund).

Günün ikinci oyunu "Sərhədçi" İdman Mərkəzində keçirilib. Pley-off zonasında qərarlaşmış "Xırdalan" çempionatın lideri "Xəzri" ilə qarşılaşıb. Oyun "Xəzri"nin 108-82 hesablı rahat qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Xırdalan"da Zeyver Bryüer (28 xal, 6 ribaund), "Xəzri"də Ceremi Maklaflin olub (22 xal, 11 ribaund).