Xəzər rayonunda 28 May - Müstəqillik Gününə həsr olunmuş səbrəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, "Təhsil" RİM 5 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə 124 nömrəli tam orta məktəbin idman zalında kiçik və yeniyetmələrimizin iştirakı ilə açıq birincilik təşkil olunub.

İlk öncə tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib, Ümummilli lider Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi isə bir dəqiqəlik sükutla yad edilib.

İdman turnirində Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, "Təhsil" RİM 5 nömrəli Uşaq-gənclər İdman Məktəbinin direktoru Elman Rzazadə, İdman məktəbinin məşqçi müəllimi Mərdan Quliyev, idmançılar və digər qonaqlar iştirak ediblər. Turnirdə yer tutan idmançılara təşkilatçılar tərəfindən müvafiq olaraq diplom, medal və hədiyyələr təqdim edilib.