Azərbaycanın voleybol üzrə yığma komandalarının bəzi üzvləri karyeralarını ölkə xaricində davam etdirirlər. "Rekord.az" 2023/2024-cü illər mövsümündə həm qadın, həm də kişi voleybolçulardan ibarət milli komandalarımızın legioner həyatı yaşayan oyunçularını təqdim edir.

Qadın voleybolçulardan ibarət millimizin xarici çempionatlarda çıxış edən üzvləri:
   Ayşən Abdulazimova (kapitan) - "Vasas Obuda" (Macarıstan)
   Yelizaveta Ruban - "CSM Lugoj" (Rumıniya)
   Polina Rəhimova - "Duc Giang" (Vyetnam)
   Anastasiya Bayduk - "Elite F" (Fransa)
   Odina Əliyeva - "VTV Binh Dien" (Vyetnam)
   Olena Xarçenko - "SC Prometey DNIPRO" (Ukrayna)
   Yana Doroşenko - "SVA Volleyball" (İsrail)

Kişi voleybolçulardan ibarət millimizin xarici çempionatlarda çıxış edən üzvləri:
   Andrey Vasilenko - "Alhedaya" (Səudiyyə Ərəbistanı)
   Roman Qurskiy - "GreenPlan-Vegyesz Rc Kazincbarcika" (Macarıstan)