
"Xankəndi"də sürpriz transfer olacaq
- 10:00
- 130
Qısa müddət ərzində fəaliyyətə başlayaraq Region Liqasının qalibi adını qazanan və bununla da İkinci Liqada iştirak hüququ əldə edən “Xankəndi” Futbol Klubu, yeni mövsümün hazırlıqlarına start verir.
Rekord.az xəbər verir ki, təlim-məşq toplanışı iyul ayının ortalarından etibarən keçiriləcək.
Komanda bu mərhələdə fiziki hazırlığın yüksəldilməsi və heyət formalaşdırılması istiqamətində intensiv məşqlərə başlayacaq. Bununla yanaşı, transfer çalışmalarına da start verilib. Klub rəhbərliyi artıq bir sıra tanınmış və iddialı futbolçularla danışıqlar aparır. Bu adlar yaxın günlərdə KİV vasitəsilə ictimaiyyətə açıqlanacaq