"Xankəndi" Xankəndinə gedə bilmir
- 13:00
- 60
I Liqaya vəsiqə qazanan "Xankəndi" yeni mövsümdən ev oyunlarını adını daşıdığı şəhərdə keçirmək istəyir.
Rekord.az xəbər verir ki, bunun üçün cəhydlər davam edir, gənclər və idman naizrliyi ilə davamlı əlaqə saxlanılır.
Lakin əldə etdiyimiz məlumata görə, nazirlikdən kluba hələ də müsbət cavab verilməyib. Əgər bu ayın sonuna qədər müsbət nəticə əldə olunmasa, "Xankəndi" böyük ehtimalla sifariş vermək üçün başqa stadion axtaracaq. Komanda ötən ili "Neftçi"nin Bakıxanovdakı bazasından istifadə edirdi. Lakin məlum məsələdir ki, həmin meydança I Liqanın tələblərinə cavab vermədiyi üçün dəyişiklik şərtdi.