“Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
- 19:40
- 36
2-ci Liqada 25-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.
“Xankəndi” səfərdə “Quba”ya, “Qaradağ Lökbatan” isə evdə “Dinamo”ya böyük hesabla qalib gəlib. “Şirvan” da “Şəmkir”i xalsız yola salıb.
Daha öncə “Göygöl” – “Ağstafa Gəncləri” matçında heç-heçə (1:1) qeydə alınıb, “Kür-Araz” “Şəki Siti”yə (5:1), “Araz Saatlı” “Ağdaş”a (2:0) qalib gəlib.
2-ci Liqa
25-ci tur
5 may
“Quba” – “Xankəndi” 0:3
Qollar: Tural Qurbatov, 16; 51. Bəhruz Teymurov, 70.
“Qaradağ Lökbatan” – “Dinamo” 5:2
Qollar: Ramil Orucov, 28-pen. İsa Zeynallı, 56. Ayaz Mikayılov, 65. İlham Hüseynov, 82; 86 - Rəsul Məmmədli, 41. Əlibala Ağayev, 90+2.
“Şirvan” – “Şəmkir” 3:2
Qollar: Comərd Baxşəliyev, 55-pen. Ramiz Məmmədov, 57. Qərib İbrahimov, 78 - Tural Məmmədzadə, 14. Sehran Abbasov, 44.