
"Xan Lənkəran"ın iddiası artır: daha bir komanda yaradılır
- 10 Yan 2022 18:00
- 1085
Növbəti mövsümdən etibarən I Divizionda mübarizə aparmaq iddiasında olan « Xan Lənkəran » peşəkar kluba çevrilmək yolunda növbəti addımı atıb.
Rekord.az xəbər verir ki, Region Liqasında debüt edən cənub təmsilçisi aşağı yaş qrupları üzrə komandaların formalaşdırılmasına başlayıb.
AFFA ilə intensiv əlaqələr quran «Xan Lənkəran» uşaq futbolunun inkişafı ilə bağlı konsepsiyasını hazırlayıb.
Buna əsasən, U-19-un yaradılması lazım bilinib. Seleksiya prosesi Lənkəran Olimpiya Kompleksinin sadionunda aparılacaq.