"Xan Lənkəran"ın 1-ci divizionda iştirak etmək istəyi AFFA İcraiyyə Komitəsi tərəfindən qəbul olunmadı.

Rekord.az xəbər verir ki, bundan sonra "Qobustan" cənublulara varislik verə biləcəyini rəsmi "instaqram" hesabı vasitəsilə ictimaiyyətə açıqladı.

Dünən isə Cənub təmsilçisinin prezidenti Pərviz Hüseynov, vitse- prezident Rəhman Abbasovla "Qobustan" rəhbərliyi arasında görüş baş tutub. Qarşı tərəf növbəti dəfə varislik məsələsində "Xan Lənkəran"a kömək edəcəyini bildirib.