Ötən ilin yayında yaradılan «Xan Lənkəran» gələcəyi ilə əlaqəli mühüm qərar verib.

Rekord.az xəbər verir ki, Region Liqasında uğurlu mövsüm keçirən klub növbəti mövsümdə də fəaliyyətini davam etdirəcək.

AFFA-nın onunla bağlı hansı addımı atmasından asılı olmayaraq. Bu, o deməkdir ki, federasiya onları I Diviziona buraxmasa belə, cənub təmsilçisi tarixin yaddaşına köçməyəcək.

Ümumiyyətlə, «Xan Lənkəran» rəhbərliyinin yaxın gələcəyi əhatə edən planları çoxdur və bu haqda ictimaiyyətə açıqlamalar veriləcək. (sportinfo.az)