
Xaçayevlə yollar ayrıldı
- 25 İyn 2025 11:30
- 132
"Sumqayıt" klubu futbolçusu Murad Xaçayevlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
27 yaşlı oyunçu 2018-ci ildən "Sumqayıt"da çıxış edib.