
Vüsalın komandası pley-off matçında böyük hesabla uduzdu
- 10:00
- 36
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Super Liqaya vəsiqə uğrunda növbəti oyuna çıxıb.
Rekord.az xəbər verir ki, komanda pley-offun yarımfinalının ilk matçında "Bamdırmaspor"u qəbul edib.
Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Vüsal oyunun 71-ci dəqiqəsində - 1:3 hesabı ilə geridə olduqları zaman meydana daxil olub.
Bu komandalar arasında cavab matçı mayın 23-də keçiriləcək. Qalib gələn tərəf pley-offun finalında “Karagümrük”lə qarşılaşacaq.