Vüsal üçün mövsüm bitdi, Zamiq üçün çempionluq şansı
- 17:00
- 33
Albaniya çempionatında 2025/26 mövsümünün əsas mərhələsi başa çatıb.
Rekord.az xəbər verir ki, ötən gecə sonuncu – 36-cı turun oyunları keçirilib.
Azərbaycanlı futbolçuların komandaları da növbəti oyunlarına çıxıblar. Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Teuta” ilə qarşılaşıb və 2:3 hesabıyla uduzub. Start heyətdə meydana çıxmış Əliyev fasilədə əvəzlənib.
Vüsalın komandası “Partizani” isə son turda Tirana “Dinamo”sunu qəbul edib və 2:1 hesablı qələbəyə sevinib. Vüsal mövsümün son oyununda iştirak etməyib.
48 xal toplamış “Partizani” üçün mövsüm başa çatıb. 57 xal toplamış “Eqnatiya” isə 3-cü yeri tutub və çempionluq uğrunda mübarizə aparmaq hüququ qazanıb. Bu komandanı ilk 4 yeri tutmuş kollektivlər arasında keçiriləcək həlledici oyunlar gözləyir.