Vüsal İsgəndərli "Keçiörəngücü"dən ayrılmaq qərarına gəlib.

Öncə futbolçunun şəxsi "instaqram" səhifəsində paylaşdığı foto bunun siqnalını verdi. Daha sonra onu "Sumqayıt"ın futbolçuları ilə məşq prosesində gördük. Görəsən, İsgəndərli "kimyaçılar" ilə anlaşıb? Yarımmüdafiəçinin sualımıza cavabı belə oldu:
 

"Türkiyə klubundan hələ rəsmən ayrılmamışam. Bir-iki məsələ qalıb. Orda qalmaq fikrim yoxdu. Amma Azərbaycandan heç bir klubla danışıq olmayıb. "Sumqayıt"da da, sadəcə, formamı qorumaq üçün məşq edirəm". ("Futbol plus")