Azərbaycanlı hücumçu Vüsal İsgəndərli yeni komandası "Partizani”də debüt edib.


Rekord.az xəbər verir ki, o, Şimali Makedoniyadakı təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyununda meydana çıxıb.


"Partizani" "Rabotniçki" ilə qarşılaşıb və 3:0 hesablı qələbəyə sevinib.


İsgəndərli görüş üçün start heyətdə yer alıb. O, fasilədə əvəzlənib. 


Xatırladaq ki, Vüsal “Partizani”yə bu yay “Boluspor”dan keçib və 1+1 illik müqaviləyə imza atıb.