Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Goranboy rayon İcra Hakimiyyətinin birgə təstiq etdiyi əsasnaməyə uyğun olaraq, Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilmiş idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlardan ibarət komandalar arasında Voleybol idman növü üzrə rayon birinciliyinin mükafatlandırma mərasimi keçirildi.

Rekord.az xəbər verir ki, tədbirdə Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Seymur Nazarov, Goranboy rayonu üzrə gənclər və idman sektorunun müdiri Cəfər Verdiyev, idman ictimaiyyətinin nümayəndələri və birincilikdə iştirak etmiş komandaların nümayəndələri iştirak etdilər.

Çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin idmana və idmançılara göstərmiş olduğu diqqət və qayğıdan geniş bəhs edərək Ulu Öndərin siyasətinin bu gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini, idman və idmançılara göstərilən diqqət və qayğının günü-gündən artdığını iştirakçıların diqqətinə çatdırdılar.

✅️Yarışda I, II, III yerləri qazanmış komandaların kapitanları diplom və kuboklarla, komandanın üzvləri diplomlarla mükafatlandırıldılar.