"Şamaxı"nın ukraynalı müdafiəçisi Vladislav Veremeyev Rekord.az-a müsahibə verib:



- Geridə qalan mövsümü şəxsən özün üçün və "Şamaxı" üçün necə dəyərləndirərdin?

- Şəxsən mənim üçün yenidən formamı bərpa etmək, daha yaxşı forma yığmaq baxımından uğurlu oldu cə son oyunlarda da bunu göstərə bildim.  "Şamaxı"ya gəlincə, qarşımıza qoyulan məqsəd Premyer Liqada qalmaq idi bunu da bacardıq. Baxmayaraq ki, son oyunda qələbə qazanmaq istəyirdik, amma eybi yox, gənc heyətimiz var, gələcəyin komandasını qururuq.

- Gənc futbolçularınız olsa da, iddialı klublardan xal almağı bacardınız. Bu mənada növbəti mövsüm "Şamaxı"dan nə gözləyək, hədəfiniz nə olacaq?

- Düzünü deyim, növbəti mövsüm komandanın hədəflərinin nə olacağı ilə bağlı bir söz deyə bilmərəm. Bu sual artıq rəhbərliyə veriləcək sualdı. Özünüz də gördünüz ki, "Qarabağ"a qarşı gənc futbolçularla becə oyun oynadıq. İnanıram ki, növbəti mövsündə də ən azı bu cür olacaq.

- "Qarabağ"dan xal götürməyinizə nə mane oldu?

- Oyunu daha çox müdafiədən qurub əks-hücumlarda oynadıq və real imkanlar da yaxladıq. Təəssüf ki. həmin imkanları reallaşdıra bilmədik. Amma buna görə o qədər də üzülmürük. Az öncə də dedim, gənc komandamız var və düşünürəm ki, layiqli mübarizə apardıq.

- Addaidən o cür zərbə gözləyirdiniz?

- Yox, yox, gözləmirdik. Düşünürdük ki, zərbə üstən gedər, amma gözəl bir qol alındı.

- Son sualımı verim.  Səhv etmirəmsə, "Şamaxı" ilə müqavilən bitir. Yeni müqavilə ilə bağlı danışığınız olub?

- Bəli, danışığımız olub və razılaşmışıq. Növbəti mövsümdə də "Şamaxı"da çıxış edəcəm. 


Anar XANLAROV, Şamaxı