UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada “Viktoriya" (Plzen) ilə "Qarabağ" arasında keçiriləcək cavab oyunu üçün satışa çıxarılmış əlavə biletlərin hamısı alınıb.

Rekord.az xəbər verir ki, satışa çıxarıldıqdan cəmi bir saat sonra kassada bilet qalmayıb. Bu isə o deməkdir ki, 11700 tamaşaçı tutumuna malik olan Plzen Şəhər Stadionunda (“Dusan Arena”) boş yer olmayacaq.

Avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. İlk matç qolsuz yekunlaşıb.