“Kəpəz”in əsas komandasının məşqçisi Vidadi Rzayevə ağır itki üz verib. 

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssisin atası Vaqif Rzayev dünyasını dəyişib.

“Kəpəz” kollektivi bununla əlaqədar Vidadi Rzayevə başsağlığı verib.

Qeyd edək ki, bir müddət əvvəl veteran futbolçunun qardaşı Ayaz Rzayev də vəfat edib.

Allah rəhmət eləsin!