"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger  Mesut Özilin London təmsilçisindən ayrılacağı ilə bağlı  yayılan xəbərlərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, o, "Ziet"ə açıqlamasında bununla bağlı deyib:

“Özilin hara gedəcəyi ilə bağlı fikrim var, amma sizə deməyəcəyəm. Özilə gəlincə, hər şey məşqçinin komandanın müdafiə balansında işləmək istəməsindən asılıdır. Bir çox komanda yüksək təzyiq göstərmək və hücumda sürətli hərəkət etmək istəyir. Ancaq yenə də onun kimi son ötürməni verə biləcək oyunçulara ehtiyacınız var".

Qeyd edə ki, Özilin "Fənərbaxça" ilə danışıqlar apardığı iddia olunur.