“Real”ın futbolçusu Lukas Vaskes zədələnib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ötən gün keçirilən “El-Klassiko”da sıradan çıxıb.

O, oyuna davam edə bilməyib və əvəzlənib. “Marca”nın xəbərinə görə isə ispaniyalı oyunçu mövsümün qalan hissəsində meydana çıxmayacaq.

Qeyd edək ki, Vaskes bu mövsüm 24 matçda 2 qol vurub və 5 qolun ötürməsini verib