Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Rekord.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0.125 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.000-yə, son 5 mövsümdə isə 14,625-ə çatdıran Azərbaycan 29-cu pillədə qalıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var. Azərbaycanı isə 12.625 xala malik Qazaxıstan izləyir.