AFFA-nın Futbol akademiyasının meydançasında Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri üçün təlim keçirilib.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın baş fizioterapevti Roman Jahodanın təşkil etdiyi təlimin mövzusu “Zədələrin qarşısının alınması” olub.

Təlimə AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik rəhbərlik edib.