Azərbaycanın 20 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək. "Rekord.az" xəbər verir ki, yarış 10-14 yanvar 2024-cü il tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək.

Turnir “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Komandamızın turnirdəki oyunlarının təqvimi belədir:

EEVZA çempionatı

11 yanvar

   23:00 Azərbaycan - Estoniya

12 yanvar

   20:00 Azərbaycan – Ukrayna

13 yanvar

   23:00 Azərbaycan – Latviya

14 yanvar

   20:00 Azərbaycan – Polşa