Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən 20 yaşadək voleybolçu qızlardan ibarət komandamız Litvanın Şaulyay şəhərinə yola düşüb. "Rekord.az" xəbər verir ki, voleybolçularımız yarışın keçirildiyi şəhərə bu gün yollanıblar.
Şahin Çatmanın rəhbərlik etdiyi komandamız Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi Litva kollektivləri ilə üz-üzə gələcək.
Yığmamız ilk matçını yanvarın 3-də Estoniya komandasına qarşı keçirəcək. 
Qeyd edək ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.