18 yaşadək voleybolçu qızlardan ibarət komandamız  Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatının keçiriləcəyi Latviyanın Daugavpils şəhərindədir. "Rekord.az" xəbər verir ki, komandamız artıq ilk məşqinə də çıxıb. 

Voleybolçularımız yarışa hazırlığı məşq üçün ayrılmış meydançada davam etdiriblər.

Qeyd edək ki, “AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışda komandamız ilk oyununu sabah (20 noyabr) meydan sahibi Latviya komandasına qarşı keçirəcək.