20-26 noyabr tarixlərində Latviyanın Daugavpils şəhərində keçiriləcək 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək komandamız hazırlıqlarını davam edir. "Rekord.az" xəbər verir ki, AVF-nin idman zalında və GİN-nin Voleybol Mərkəzində təşkil olunan məşqlərə ümumilikdə 18 idmançı cəlb olunub. Şahin Çatmanın rəhbərlik etdiyi komandamız yarışa ən yaxşı 14 voleybolçu ilə yollanacaq.

Qeyd edək ki, 6-8 noyabr tarixlərində ölkəmizdə səfərdə olmuş Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev gənclərimizin məşq prosesini izləmiş və onlara uğurlar arzu etmişdilər.