Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti tur start götürüb. "Rekord.az" xəbər verir ki,  Azərbaycan millisinin üzvü Olena Xarçenko formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 19-cu turda "Bolu BLD" klubunun qonağı olub.

Görüş gərginliyi ilə yadda qalıb. Növbə ilə hərəyə iki set qazanan komandalar matçın taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə daha dəqiq oynayan voleybolçumuzun komandası 3:2 (16:25, 25:18, 17:25, 25:13, 15:11) hesabı ilə qalib gəlib.

Komandasının növbəti xallarını çətinliklə qazandığı qarşılaşmada millimizin üzvü meydana çıxmayıb.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 23-ə çatdıran Adana klubu 10-cu yerdədir. Komanda rəqiblərindən bir oyun az keçirib. Ötən ay baş vermiş zəlzələ ilə əlaqədar "Çukurova"nın 18-ci turdakı qarşılaşması təxirə salınıb.