Türkiyə millisi Avstraliyaya məğlub oldu
- 11:08
- 28
Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya uduzub.
Rekord.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:2 hesabı ilə məğlub olublar.
Avstraliyanın heyətində Nestori İrankunda (27) və Konnor Metkalf (75) fərqləniblər.
Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında ABŞ seçməsi Paraqvayı 4:1 hesabı ilə məğlub edib.