Türkiyə kubokunun püşkü atıldı
- 17:40
- 36
Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçilərindən "Beşiktaş" bu raundda "Alanyaspor"la üz-üzə gələcək.
"Fənərbağça" "Konyaspor"la, "Qalatasaray" "Gənclərbirliyi" ilə münasibətlərə aydınlıq gətirəcək. "Trabzonspor" isə "Samsunspor"un müqavimətini qırmağa çalışacaq.
"Qalatasaray" - "Gənclərbirliyi" cütünün qalibi növbəti raundda "Samsunspor" - "Trabzonspor" duelinin güclüsü ilə, "Beşiktaş" - "Alanyaspor" görüşündə üstün olacaq tərəf "Konyaspor" - "Fənərbağça" qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
1/4 final oyunları 21-22-23 apreldə, yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda baş tutacaq.