Türkiyədə qadın voleybolçuların çempionatında növbəti tur start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Olena Xarçenkonun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 5-ci tur çərçivəsində "THY"nın qonağı olub.

Görüş voleybolçumuzun komandası üçün yaxşı keçməyib. 3 set davam edən matçda Olena və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (19:25, 17:25, 22:25).

Adana təmsilçisinin xalsız qaldığı qarşılaşmda yığmamızın üzvü meydana çıxmayıb.