
“Turan Tovuz”un əvəzedici komandasının baş məşqçisi kim olacaq?
- 08 İyl 2022 12:00
- 894
“Turan Tovuz”un əsas komandasında baş məşqçi təyinatı gerçəkləşsə də, əvəzedici komandanı kimin çalışdıracağı hələ ki, məlum deyil.
Rekord.az-ın əldə etdiyi məlumata görə, bu posta tovuzlu məşqçi təyin olunacaq.
Məsələ ilə bağlı Tovuz klubunsun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq.
Komandanın tovuzlu məşqçiyə tapışırılacağını o da istisna etmədi. Məsələyə isə yaxın günlərdə aydınlı gələcəyini bildirib.