"Turan Tovuz"dan bu qədər pul istəyib?
- 24 İyn 2026 13:00
- 201
Məlum olduğu kimi, uzun sürən danışıqlardan sonra "Turan Tovuz" Ayxan Hüseynovla razılığa gələ bilməyib və yeni müqavilə imzalanmayıb.
Rekord.az xəbər verir ki, Ayxanın Türkiyəyə üz tutacağı gözlənilir.
Əslində Tovuz klubu onu saxlamaq üçün çox cəhd etdi. Sadəcə, futbolçu elə məbləğdə maaş tələb edirdi ki, onu ödəmək mümkün deyil. O mənada ki, büdcə tarazlığı pozulacaqdı. Deyilənə görə, futbolçu klubdan aylıq 22 min manat maaş istəyib. "Turan Tovuz" isə bildirib ki, 15 mindən artıq verə bilməyəcəklər. Son ana qədər də danışıqları davam etdiriblər ki, bəlkə futbolçu daşı ətəyindən töksün. Lakin Ayxan fikirindən daşınmayınca, Tovuz klubu da danışıqları dayandırıb futbolçuya özünə başqa klub tapmağı tövsiyyə edib.