
“Turan Tovuz”da yeni müqavilə
- 16:45
- 47
“Turan Tovuz” legioneri Roderik Millerlə müqavilənin müddətini artırıb.
Rekord.az xəbər verir ki, müdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb.
2022/2023-cü illər mövsümünün qış transfer dövründə “Turan Tovuz”a keçən futbolçu bu müddət ərzində komandanın heyətində 58 oyun keçirib və 10 qol vurub.
Panama millisinin də şərəfini qoruyan Roderik Millerin klubla müqavilə müddəti 2026-cı ilin yayında başa çatırdı.