Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" belə getsə, legionersiz oynamağa məcbur olacaq.

Rekord.az-a daxil olan məlumata görə, maddi durumu nəzərə alan AFFA Tovuz təmsilçisi qarşısında belə şərt qoymağı düşünür.

Təsadüfi deyil ki, Oqtay Abdullayev və Nadir Nəbiyevə hazırkı durumda ancaq yerli futbolçularla danışıqlar aparmaq tapşırılıb.