
"Turan Tovuz" Türkiyəyə gedəcək
- 15:00
- 41
"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub.
Rekord.az klubun mətbuat xidmətinə istinadən komanda iyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək Tovuz təmsilçisi iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında olacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcəyi bildirilib.